“Sabah”ın bilet satışının – STATİSTİKASI

“Sabah”ın bilet satışının – STATİSTİKASI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sabah” futbol klubunun UEFA Çempionlar Liqasının Liqa mərhələsində Bakıda keçirəcəyi dörd ev oyunu üçün bu vaxta kimi ümumilikdə 104 620 bilet satılıb.

Tribuna.az  xəbər verir ki, bu barədə klub məlumat yayıb.

“Bilet satışı ilkin gözləntilərimizi və planlaşdırdığımız tempi xeyli üstələyir. Bu göstərici azarkeşlərin Çempionlar Liqasının Bakıda keçiriləcək oyunlarına böyük marağını göstərir.

Dəstəyə görə bütün azarkeşlərə təşəkkür edirik. Klubun məqsədlərindən biri “Sabah” azarkeşlərinə və digər futbolsevərlərə bu oyunları stadiondan izləmək imkanı yaratmaqdır.

Hazırkı qiymətlər daha çox insanın oyunlara qatıla bilməsi nəzərə alınaraq münasib səviyyədə müəyyən edilib. Bilet alan azarkeşlər dörd ev oyununun hər biri üçün yerlərini əvvəlcədən təmin edirlər”, – deyə bildirilib.

Klubdan bildirilib ki, bilet satışından əldə olunan gəlirin 25 faizi “Sabah Futbol Akademiyası Gələcəyin istedadları” proqramına yönəldiləcək. Bu vəsait uşaq və gənclər futbolunun inkişafına sərf olunacaq:

“Hazırda bilet satışı davam edir. Satışla bağlı yeniliklər klubun rəsmi kanallarında paylaşılacaq”.