Dünən İranın Bəlucistan və Sistan əyalətinin Saravan şəhərində SEPAH qüvvələri ilə silahlı dəstə arasında toqquşma baş verib.
Tribuna.az xəbər verir ki, döyüşlər iki saat davam edib.
Məlumatda qeyd edilir ki, silahlı toqquşma zamanı SEPAH-ın “Səccad Saravan” bazasının komandiri Hüseyn Zərifi öldürülüb. Bundan başqa, daha 13 SEPAH hərbçisi yaralanıb.
Fərda Uğur









