“Mənə elə gəlir ki, onlar İrəvanı Azərbaycana təslim edəcəklər. Və Paşinyan hökuməti bunu bayram edəcək”.
Tribuna.az xəbər verir ki, bunu erməni deputat Kristine Vardanyan deyib.
Onun sözlərinə görə, Ermənistan hazırda Avropaya deyil, Azərbaycana inteqrasiya edir. “Ermənistanda elan edilmiş Avropa yolunda idarəetmə modeli baxımından bir növ Azərbaycana çevrildiyimizi gördünüzmü? Artıq hakim partiya üçün İlham Əliyev nümunəyə çevrilib”.
Vardanyan iddia edib ki, yaxın gələcəkdə Azərbaycan Ermənistandan təzminat tələb edəcək. “Bir gün Azərbaycan Ermənistandan təzminat tələb edəcək. Bu baş verərsə, təəccüblənməyin”.
Fərda Uğur









