Bu gün Qazaxıstanın Manqistau vilayətində, Xəzər dənizi sahilində keçirilən hərbi təlimlər zamanı güclü dalğa 19 hərbi qulluqçunu dənizə aparıb.
Tribuna.az “Tengrinews.kz”a istinadən xəbər verir ki, respublikanın Müdafiə Nazirliyinin məlumatına görə, hadisə nəticəsində 9 nəfər həlak olub.
Axtarış-xilasetmə tədbirləri nəticəsində 3 hərbi qulluqçu xilas edilib, onların bir nəfəri xəstəxanaya yerləşdirilib.
Hazırda daha 7 hərbçinin axtarışları davam etdirilir.
Hadisə yerinə Hərbi Dəniz Qüvvələri və Fövqəladə Hallar Nazirliyinin bölmələri, həmçinin aviasiya və digər xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Hadisənin başvermə səbəbləri araşdırılır.
Qeyd edək ki, sentyabrın 22-də Xəzər dənizinin Qazaxıstan sektorunda “Xəzər Korqanı-2026” təlimləri başlayıb. Hərbi Dəniz Qüvvələrinin təlimi vahid strateji komanda-qərargah təlimi planı çərçivəsində keçirilir.
Təlimdə Hərbi Dəniz Qüvvələrinin və təhkim olunmuş bölmələrin 500-dən çox hərbi qulluqçusu, döyüş gəmilərinin heyətləri, sahil bölmələri, həmçinin Milli Təhlükəsizlik Komitəsi Sərhəd Xidmətinin Manqistau vilayəti üzrə Sahil Mühafizəsinin və Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin Hava Hücumundan Müdafiə Qüvvələrinin qüvvə və vasitələri iştirak edir.









