İsrailin BMT-dəki səfiri Denni Danon maraqlı iddia ilə çıxış edib.
Tribuna.az xəbər verir ki, o, ölkəsinin İran liderlərinin harada oturduğunu dəqiq bildiklərini qeyd edib.
Dannon deyib: “İran liderlərinin harada gizləndiyini və hansı tədbirləri gördüklərini bilirik. İran İsrailə hücum edərsə, İrab liderlərini tapmaq və məhv etmək üçün cəmi bir neçə gün lazım olacaq”.
Səfir iddia edib ki, İranın nüvə və raket imkanları xeyli azalıb. “Lakin İranla bağlı missiyamız hələ bitməyib”.
Fərda Uğur









