Arayik yaxın qohumuna əmlaklarını etibar edib: Həbsdə verilən etibarnamə məlum olub

Arayik yaxın qohumuna əmlaklarını etibar edib: Həbsdə verilən etibarnamə məlum olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verildiyi kimi, Bakıda həbsdə olan hərbi cinayətkar Arayik Harutyunyan cəza çəkdiyi müəssisədə notarial xidmətdən istifadə edib.

Tribuna.az xəbər verir ki, Ombudsmanın müşayəti ilə keçirilən proses zamanı hansı notarial xidmətdən istifadə edildiyi məlum olmamışdı.

İrəvanda yayınlanan “İravunk” qəzeti Arayik Harutyunyanın ailə üzvlərinə istinadən bildirib ki, onun kimə və hansı işləri etibar etdiyi məlum olub: “Bakıda həbsdə olan Arayik Harutyunyan bu günlərdə notarial xidmətdən istifadə edib. Onun ailəsinə yaxın mənbə bildirib ki, Arayik İrəvandakı əmlaklarından istifadə edilməsi və kiməsə dolanışıq üçün verilməsi üçün səınəd imzalayıb”.

Fərda Uğur