Aparıcı Şəbnəm Naibli “Lukoil” yanacaqdoldurma məntəqəsindən narazılığını ictimailəşdirib.
Tribuna.az xəbər verir ki, aparıcı bununla bağlı sosial şəbəkə hesabında video yayıb. O, sözügedən YDM-də sürücülərin aldadıldığını iddia edib:
“Avtomobilimin çəni tam dolu olsa da, maşını bir az sürmüşdüm. Ancaq rayona gedəcəkdim deyə əvvəlcədən çəni tam doldurmaq istədim. Sədərək yolunun üstündə “Lukoil” yanacaqdoldurma məntəqəsinə girdim və bildirdim ki, çəni tam doldurun. 48 manatlıq benzin doldurdular. Halbuki avtomobilin çəni dolu idi və mən çox az işlətmişdim. Çən tamam boş olanda 70 manatlıq benzin vururam. İndi necə olur ki, çən yarıdan çox doludur, amma 48 manatlıq benzin vurulur? 30 litr benzin hara vurulub bəs?”
Aparıcı bildirib ki, üzləşdiyi vəziyyətlə bağlı “Lukoil”a da məlumat verib. Onun sözlərinə görə, bununla bağlı heç bir tədbir görülməyib.
Şəbnəm Naibli sürücüləri diqqətli olmağa və aldanmamaq üçün yanacaqdoldurma məntəqələrində prosesə nəzarət etməyə çağırıb.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Gülşən Rəsul









