Ronaldo Portuqaliya millisinə çağırılmasının səbəbini açıqladı

Ronaldo Portuqaliya millisinə çağırılmasının səbəbini açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Portuqaliya millisində niyə çağırıldığını açıqlayıb. O, fayda verdiyini bildirib.

Tribuna.az xəbər verir ki, bu barədə “Record” məlumat yayıb.

“Düşünürəm ki, milli komandaya çağırılmışam, çünki fayda verirəm. Məşqçiyə nə lazım olmasından asılı olmayaraq, həmişə kömək etməyə hazıram: oynamağa, əvəzedici kimi meydana çıxmağa və ya oynamamağa”, deyə Ronaldo bildirib.

Portuqaliya sentyabrın 24-də Uelslə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Bu görüş Portuqaliya və Uels üçün Millətlər Liqasındakı ilk oyun olacaq.

Ronaldo milli komandada keçirdiyi oyunların və vurduğu qolların sayına görə dünya rekordçusu olaraq qalır. Onun hesabında 233 rəsmi matçda 146 qol var. Portuqaliyanın dünya çempionatlarında ən yaxşı nəticəsi 2006-cı ildə əldə etdiyi dördüncü yerdir. Ronaldo həmin vaxt artıq milli komandada çıxış edirdi.