POLKOVNİKDƏN RUSİYANIN İŞĞALÇILIĞINA SUSANLARA MESAJ: ” AZƏRBAYCANDA CINQIRINI ÇIXARMAĞA …”

POLKOVNİKDƏN RUSİYANIN İŞĞALÇILIĞINA SUSANLARA MESAJ: ” AZƏRBAYCANDA CINQIRINI ÇIXARMAĞA …”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Artıq 4 gündür ki, dünyanın guya söz sahibi olan bir ölkəsi Ukraynaya qarşı ədalətsiz, vəhşi və faşist basqını həyata keçirir. Minlərlə rus əsgər və zabiti məhv edilib, sayı-hesabı bilinməyən döyüş təyyarələri, vertolyotları, tankları və PDM-ləri, artilleriya qurğuları sıradan çıxarılıb. Yüzlərlə əsir götürülən rus əsgər və zabitləri”.

TİA.Az-ın xəbərinə görə, polkovnik Üzeyir Cəfərov belə qeyd edib. Onun sözlərinə görə, Rusiyanın Müdafiə Nazirliyinin rəsmiləri isə qorxularından nə danışırlar, nə görünürlər, nə də deməyə sözləri var. “Yalnız bir az bundan əvvəl, yəqin möhkəm paxmeldən sonra RF-nın MN-nin general sözçüsü İqor Konaşenkov adlı miskin generalı indi xəbər verir ki… hər şey yüksək səviyyədədir?! Deyirəm, insan general ola bilər, yüksək vəzifə tuta bilər. Amma adam, insan olmaq lazımdır… Bu qədər rüsvayçılıq, bu qədər fiasko, bu qədər BİABIRÇILIQ və milyonlarla insanın faciəsi…Qatar artıq çox uzağa gedib. O bəh-bəhlə təriflənən, sinəsi orden-medallarla dolu olan rus generallarının ağılsızcasına, yekəxana və özündənrazı səhv və yanlış addımları Rusiyanın daha da dərin bataqlığa sürükləyir”-deyə polkovnik bildirib.

Ü. Cəfərov hesab edir ki, Azərbaycanda da çox təəssüflər olsun bəzi şəxslər qorxaqcasına susur, dünyanın fəlakətinə çevrilən rus avantürist və məsuliyyətsiz siyasi-hərbi rəhbərliyindən çəkinir və səsini, cınqırını belə çıxartmağa cürəti çatmır: “Sadə dillə desək, haqqın, ədalətin yanında ola bilmirlər. Baxıram, bizim bir qədər tanınmış və ciddi mətbu orqanlar da real olanları yazmağa, göstərməyə ehtiyat edirlər. Hər gün Ukrayna ilə Kiyev, Xarkov, Lvov və digər yaşayış məntəqələri ilə əlaqə saxlayan insan kimi demək istəyirəm ki, orada olan insanlar da baxırlar, görürlər və inşallah tezliklə bu haqq savaşı Ukrayna xalqı üçün bitəndən sonra onlar hər kəsi öz adı ilə çağıracaqlar.

Azərbaycanda TAM ƏKSƏRİYYƏT zəhmətkeş, haqqın yanında olan Ukrayna xaqlının, dövlətinin yanındadır və sona qədər də onların yanında olacaqlar. Qoy o şəxslər ki, kim Rusiya adlı baş ağrısına çevrilən dövlətin rəsmilərinin avantürist siyasətindən çəkinirlər, səslərini çıxartmırlar, gözlərini açıb ətrafa yaxşı-yaxşı diqqət yetirsinlər. Dünya sürətlə təcavüzkara qarşı nəhayət ki, təsirli addımlar atır və yaxın bir neçə günə hər kəsə əsil mənzərə aydın olacaq. Rusiya adlı dövlət o dərəcədə və sürətlə iqtisadi, siyasi və hərbi cəhətdən ZƏİFLƏYƏCƏK ki, ruslar özləri-özlərini didib-dağıdacaq.
Siz Rusiya efirlərində gedən əsəbi, rabitəsiz müzakirələrə baxın və siz başa düşəcəksiniz ki, məsələ nə yerdədir. İndi nə 2008-ci, nə 2014-cü il deyil, nə də ötən əsrlərin hansısa bir tarixi ili. Bu gün 2022-ci ildir və yaxın həftələrdə dünyada çox şeylər dəyişəcək”.

 TİA.Az