Kremlin sözçüsü Dmitri Peskovun oğlu Nikolay Peskov Ukraynada təxminən 6 ay Rusiyanın muzdlu şirkəti “Vaqner”in tərkibində döyüşdüyünü açıqlayıb.
Tribuna.az xəbər verir ki, bu haqda o, “Komsomolskaya Pravda” qəzetinə danışıb.
“Vaqner”ə qoşulmağın onun qərarının olduğunu açıqlayan Peskov prosesi bilmədiyini və atasının ona kömək etdiyini vurğulayıb.
Qeyd edək ki, “Vaqner” Rusiyada “özəl hərbi şirkət” kimi tanınır. Şirkət Ukraynada hərbi cinayətlər törətməkdə və insan hüquqlarını pozmaqda ittiham olunur.









