Aprelin 28-də ER müdafiə naziri Suren Papikyan Rusiya Federasiyasının Dağlıq Qarabağdakı sülhməramlı qüvvələrinin yeni təyin olunmuş komandanı, general-polkovnik Aleksandr Lentsovu qəbul edib.
Tribuna.az Hraparak nəşrinə istinadən xəbər verir ki, Ermənistan Respublikasının müdafiə naziri general-polkovnik Aleksandr Lentsovu yeni vəzifəyə başlaması münasibətilə təbrik edib və ona sülhməramlı missiya zamanı uğurlar arzulayıb.
Tərəflər Dağlıq Qarabağ ətrafında və sülhməramlı qoşunların məsuliyyəti sahəsində əməliyyat vəziyyəti və mövcud problemləri, Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı missiyasının səmərəliliyinin artırılmasına yönəlmiş bir sıra məsələləri müzakirə ediblər.
Ermənistan Respublikasının müdafiə naziri vurğulayıb ki, 2020-ci ildə 9 noyabr tarixli üçtərəfli bəyannamənin bütün bəndlərinin davamlı şəkildə həyata keçirilməsinin zəruriliyi və Laçın dəhlizinin blokunun tezliklə açılmasına yönəlmiş səylərin həyata keçirilməsi müzakirə olunub.









