ÖZÜNÜZÜ İNKİŞAF ETDİRMƏK ÜÇÜN BUNLARI EDİN…

ÖZÜNÜZÜ İNKİŞAF ETDİRMƏK ÜÇÜN BUNLARI EDİN…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hobbilər və maraq dairəsi insanın özünü inkişaf etdirməsinə kömək edir. Maraq dairəsi insanı yeni nələrsə öyrənməyə məcbur edir və bu da özünüinkişaf üçün ən gözəl məşğuliyyətdir.

Tribuna.az inkişafetdirici hobbiləri təqdim edir:

Kitab oxumaq

Oxuyaraq hadisələrin inkişafını öyrənən insan öncə özünə olan inamını artırır. Bu isə eyni zamanda düşüncəni inkişaf etdirmək, geniş görmə bucağını təmin etmək, hadisələri araşdırmaq qabiliyyəti qazandırır. Həm də oxuyan şəxslər zəngin söz ehtiyatı qazanmaqla yanaşı, hikmətli danışıq tərzi ilə də seçilirlər.
Bu təsir isə insanlarda münasibətləri gücləndirməklə yanaşı, həm də sosial xarakter qazandırır. Geniş söz ehtiyatı insanın daha artıq düşünməsinə kömək edir.

Şahmat oynamaq

Şahmat alternativ yarada bilmək, alternativləri müqayisə edə bilmək, tez qərar verə bilmək, nəticəni düşünə bilmək kimi zehni gücləndirir. Özünə inam hissini inkişaf etdirir.

Tapmaca tapmaq

Tapmaca tapmaq asan öyrənməyi, öyrənilən məlumatların uzun müddət yadda saxlanmasını və söz ehtiyatının genişlənməsini təmin edir. Dil inkişafını tezləşdirir. Beyin gücünü dəstəkləyərək yaddaş itkisinə mane olur. Qavrama, xatırlama, problem həll etmək kimi bacarıqları artırır.

Xarici dil öyrənmək

Yaddaş bacarığını, fikir ifadə etmək qabiliyyətini və zehni inkişaf etdirir. Söz ehtiyatını genişləndirir, bununla yanaşı, öz dilinizdə bəzi sahələrdə bacarığınızı artırır. Rəsmi vəzifələrdə, xarici şirkətlərdə işləmək imkanı yaradır.

Musiqi alətlərində ifa etmək

Beynin sol tərəfini gücləndirir. Yaddaşı və zəkanı inkişaf etdirir. Stresi azaldır, estetik, yaradıcı düşünmək qabiliyyətini artırır.