TİA.AZ xəbər verir ki, Silahlı Qüvvələrimiz “RSK-nın” müvəqqəti məsuliyyət zonasında olan erməni quldur dəstələrinə səsgücləndiricilər vasitəsilə xəbərdarlıq etməyə başlayıb.
Xəbərdarlıq mətni aşağıdakı kimidir:
“Erməni millətindən olan vətəndaşlara müraciət! Siz Azərbaycan Respublikasının ərazisindəsiniz. Burada istənilən fəaliyyət Azərbaycan qanunları ilə tənzimlənir.
Rəsmi icazə olmadan etdiyiniz hər şey qanunsuzdur. Hazırkı mühəndislik işiniz qanunsuzdur.
Müharibəyə hazırlaşmayın və ərazimizdə sərhəd qurmağa çalışmayın!
Burada yaşamaq istəyirsinizsə, Azərbaycan qanunlarına əməl edin!
Təhlükəsizliyiniz üçün işi dayandırın və dərhal ərazini tərk edin.
Əks halda sizə qarşı güc tətbiq olunacaq. Zərərlərinizə görə məsuliyyət daşıyırsınız.
Özünüzü və ailənizi təhlükəyə atmayın! Ərazini tərk edin! Ərazini tərk edin!”









