Oğlu intihar edən ata Baş Prokurordan kömək istəyir

Oğlu intihar edən ata Baş Prokurordan kömək istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lənkəranda intihar edən stomatoloq Müşfiq Bağırovun atası Zaman Bağırov Baş Prokurora müraciət edib. Tribuna.az xəbər verir ki, mərhumun atası istintaqdan narazılıq edib. “Oğlum Müşfiq Bağırovun özünü öldürmə həddinə çatdırılması – Cinayət Məcəlləsinin 125-ci maddəsində tam əksini tapırsa, nəyə görə Baş İstintaq İdarəsinin rəis müavini, kiçik ədliyyə müşaviri Qasım Məmmədov və müstəntiq Pərviz Cəlilov qətiimkan tədbiri seçmirlər?
Artıq 9 aydır ki, istintaqın səmti başqa tərəfə yönəldilir. Hörmətli Baş Prokuror, oğlum intihara vadar olunub. Xahiş edirəm ki, göstəriş verin və 220626011 nömrəli cinayət işini dəqiq araşdırsınlar. Ekspertiza rəyində maddi asılılıq və hədə-qorxu tam təsdiqini tapir, işbirliyini bitirən Aqşin Abdullayev 92 dəfə zəng edib. Hadisə günü də 4 dəqiqədə 7 zəng edib, Bunlar təzyiq deyilmi?”_ deyə müraciətdə bildirilir.


Z.Bağırov qeyd edib ki, hədə-qorxu ilə tələbetmə oğlunun vəsiyyətnaməsində var: “Xəttşünaslıq əl yazmanı təsdiq edir və təzyiq olmadan yazılıb. Orada oğlum bildirir ki, məni qorxudurlar, evimi əlimdən almaq istəyirlər, hadisə günü yoldaşına və üç dostuna da eyni sözü deyib.
Bildirib ki, məndən 2 000 000 manat İbrahim Teymurov pul tələb edir və votsapda ölümündən 1 saat qabaq digər birinə yazması və İbrahimi günahlandırması, ölümündən 7 dəqiqə qabaq İbrahim Teymurovla danışığı, bir dəqiqə sonra kəndir boğazında özünün şəklini çəkib İbrahimə göndərməsi…
Bütün bunlar tutarlı faktlardır. İbrahim Teymurovun bundan sonra dərhal Müşfiqin ata evinə gələrək onu axtarması təsadüfi deyil. Bunlar hamısı istintaq materiallarında olsa da, 125-ci maddə ilə qətiimkan tədbiri seçilmir. Mən cənab Baş Prokurordan xahiş edirəm ki, bu işi nəzarətə götürsün və araşdırılsın”.