“Oğlu Almaniyada təhsil alır, Azərbaycana gəlib-gəlmədiyini bilmirəm”

“Oğlu Almaniyada təhsil alır, Azərbaycana gəlib-gəlmədiyini bilmirəm”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Mərhum aktrisa Çimnaz Sultanovanın oğlu hazırda Almaniyada təhsil alır. Anasının vəfatından sonra onun Azərbaycana gəlib-gəlməməsi barədə məlumatım yoxdur.
Bunu aktrisa Sonaxanım Əliyeva Qaynarinfo-ya açıqlamasında deyib.
Aktrisa mərhumun yaxınları ilə əlaqə saxlamadığını bildirib:
“Ona görə də bilmirəm ki, Çimnazın oğlu anasının məzarını ziyarət edib, yoxsa etməyib. Bildiyim odur ki, o, hələ də Almaniyada təhsil alır”.
Sonaxanım Əliyeva qeyd edib ki, imkan olduqca Çimnaz Sultanovanın məzarını ziyarət edir:
“Çimnazı heç vaxt unutmaram. Ara-sıra onun məzarını  ziyarət edirəm. Düzdür, hər zaman məzarlığa getməyə vaxt olmur. Amma bayram günlərində və ya qəbiristanlığa yolum düşəndə mütləq onun məzarını ziyarət edirəm”.
Xatırladaq ki, aktrisa Çimnaz Sultanova uzun sürən xəstəlikdən sonra 2025-ci il yanvarın 15-də vəfat edib. O, xərçəng xəstəliyindən əziyyət çəkirdi.