İran böhranı səbəbindən dünyada neftin qiyməti sürətlə bahalaşmağa başlayıb.
Tribuna.az xəbər verir ki, dünən səhər saatlarından bir barreli 120 dollara qalxan “qara qızıl”, axşama doğru 35 dollar dəyər itirərək, 85 dollara düşüb.
Qeyd edək ki, dünya bazarında neftin qiyməti bahalaşdıqca, Ermənistan ciddi narahat olmağa başlayır. Belə ki, ekspert Arşa Karapetyan iddia edib ki, bu bahalaşma Azərbaycanın daha da varlanmasına gətirib çıxaran amildir. Hətta bir qədər də irəli gedərək, bahalı neftin Ermənistanın məhvinə gətirib çıxaracağını iddia edir. “Neftin qiymətinin gündən-günə artması və Azərbaycanın daha da güclənməsi sizi nəyə sevindirir? Azərbaycan güclənərsə, bu Ermənistanın məhv edilməsi deməkdir”.
Fərda Uğur









