Əslində, nağılları durduran da, söndürən də AFFA-dır!. A kişilər! Sakitləşin! Özümüzü aldatmayaq! Nə Nəriman? Nə Qurban? Nə Nəriman zəmanəmizin xaluqələr yaratmış Rebrovudur, nə də hörmət bəslədiyimiz Qurban hocamız az qüvvə ilə böyük “drem-team” yaratmış dahi Labanovskidir!.
Tribuna.az yazır ki, bu sözləri jurnalist Telman İsa dünən baş tutan Qarabağ-Ayaks oyununun nəticəsi barədə yazdığı statusda bildirib. Jurnalist bildirib ki, AFFA adında Azərbaycan futbolunun nəhəng və davamlı düşməni var:
“Bir daha təkrarlayıram, ölü daxili çempionat dirilməyincə, nağıllarımız yolun yarısında beləcə çilik-çilik olacaq! “Ayaks”ın birinci əmin bərabərlik qolu göstərdi ki, tozanaq hələ qabaqdadır. Klubun fiziki və taktiki hazırlığı göz önündəydi! Zambaqlılar həmin anda az da olsa, ipucu verdilər!
Əslində Qurban hocamız da, klub da tarixi missiyasını illərdi həyata keçirir və böyük stimul yaradır. Lakin AFFA adında Azərbaycan futbolunun nəhəng və davamlı düşməni dirilmir, o vəziyyətdə qalmaqdan həzz alır, min əziyyət, əməklə əldə edilmiş bu STİMULU görməzdən gəlir!
Odur ki, “Qarabağ”ımızla qürur duyuram, duymalıyıq!”.
Gülşən Rəsul










