Ötən ilin avqustunda intihar edən stomatoloq-həkim Müşfiq Bağırovun atası Baş prokuror Kamran Əliyevə müraciət ünvanlayıb.
Tribuna.az xəbər verir ki, mərhum stomotoloq-həkimin atası Zaman Bağırov (050 350 38 40) müraciətində bildirib ki, müstəntiq və kurator oğlunun qanını batırır:
“Cənab Baş Prokuror, oğlum Müşfiq Bağırovun intihara vadar olunması ilə bağlı prokurorluğun Baş İstintaq İdarəsində kurasiya rəhbəri Qasım Məmmədov və müstəntiq Pərviz Cəlilov 125-ci maddə ilə açılan cinayət işini araşdırmırlar. Müstəntiq Pərviz Cəlilov açıq şəkildə bildirir ki, 125 -ci maddə ilə heç bir araşdırma aparmıram. Oğlumu ölümə vadar edən şəxslərlə kurasiya rəhbəri Qasım Məmmədov və müstəntiq Pərviz Cəlilov artıq razılaşıblar, milyonların dövriyyəsinin axtarışına düşərək külli qazanc əldə edərək oğlumun qanını batırmağa çalışırlar.
Xahiş edirəm ki, məni təkrar qəbul edəsiniz, Sizə ətraflı şəkildə hər şeyi açıqlayacağam”.









