“Muğan Bank” ASC 2023-cü ilin I rübündə 102,9 min manat xalis mənfəət əldə edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 29,3 dəfə azdır. Bank 2022-ci ilin ilk rübündə isə 3,01 milyon manat xalis zərər açıqlamışdı.
Tribuna.az bu barədə bankın rüblük maliyyə hesabatına istinadən xəbər verir.
Hesabata görə, bankın faiz gəlirlərinin həcmi illik müqayisədə 17,7% artaraq 10,7 mln. manat təşkil edib. Bankın faiz xərcləri 31,2% artaraq 10,5 milyon manat olub. Nəticədə bankın xalis faiz gəlirləri 161.9 min manat təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 5,8% azdır.
Bankın qeyri-faiz gəliri 31,8% azalaraq 7,6 mln. manat, qeyri-faiz xərcləri isə 5,6% artaraq 7,1 mln. manat təşkil edib. Bu dövrdə Bankın əməliyyat mənfəəti 149,4 min manata (32,5 dəfə az) bərabər olub.
1 aprel 2022-ci il tarixinə bankın cəmi aktivləri 7,4% azalaraq 739,8 milyon manata enib, o cümlədən kredit portfeli 6,9% azalaraq 416,7 milyon manata enib. “Muğan Bank”ın öhdəlikləri isə 8,5% azalaraq 646,5 milyon manata bərabər olub, o cümlədən depozit portfeli 12,8% azalaraq 428,01 milyon manata düşüb. Bununla belə, son üç ayda şirkətlər bankdakı əmanətlərini 2,9 dəfə və ya 63,6 milyon manat azalaraq 33,6 milyon manata endiriblər.
Bu ilin birinci rübündə bank cəmi kapitalını 0,2% artıraraq 93,3 milyon manata çatdırıb./APA









