Müəllimlər və şagirdlər üçün ictimai nəqliyyatın pulsuz olması təklif edilir

Müəllimlər və şagirdlər üçün ictimai nəqliyyatın pulsuz olması təklif edilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda müəllimlər və şagirdlər üçün ictimai nəqliyyat gündə heç olmasa 2 dəfə pulsuz olmalıdır.

Tribuna.az xəbər verir ki, bu təkliflə Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Naqif Həmzəyev çıxış edib.

O deyib ki, Bakıda tıxac problemi qismən həll olunması üçün ictimai nəqliyyatda avtobusların sayı artırılmalıdır.

“Biz payız tətilində gördük ki, Əhmədlidən paytaxtın mərkəzinə 15 dəqiqəyə gəlmək olur”, – deputat bildirib.