Gəncədə xəstəxanaya müayinəyə gedən qadın ölüb.
Tribuna.az “Qafqazinfo”ya istinadla bildirir ki, ölüm hadisəsi Gəncə şəhər Birləşmiş Xəstəxanasının tabeliyində olan xəstəxanaların birində baş verib.
Belə ki, MRT müayinəsinə gedən 1958-ci il təvəllüdlü Zenfira Cəfərovanın qəfil halı pisləşib. Ona dərhal təcili tibbi yardım göstərilib. Müayinə zamanı qadının öldüyü məlum olub.
Məlumata görə, Z.Cəfərova xəstəxanaya qarın boşluğunun müayinəsinə gedibmiş









