Moskva DXR və LXR-ı indiki sərhədləri daxilində tanıyıb, yoxsa tam?.. (ŞƏRH)

Moskva DXR və LXR-ı indiki sərhədləri daxilində tanıyıb, yoxsa tam?.. (ŞƏRH)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Kreml DXR və LXR-ı tanımaqla əslində tək Donetsk və Luqanskın hazırda qondarma qurumun əlində olan hissəsini deyil, bu iki bölgənin Ukraynanın tərkibində qalan digər ərazilərini də nəzərdə tutub. Bu isə o anlama gəlir ki, Rusiya Luqansk və Donetskin bütün inzibati ərazisini ələ keçirməyə çalışacaq”. 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Cümşüd Nuriyev Rusiya prezidenti Vladimir Putinin qondarma DXR və LXR-ı tanıması fonunda bu qərarın hazırda həmin separatçıların nəzarətində olan əraziyə, yoxsa Donetsklə Luqanskın hazırda Kiyevin tərkibində olan bütün inzibati ərazisinə şahil edildiyinə aydınlıq gətirərkən deyib:
“Çox pis presedentlə üz-üzəyik. Məsələ ondan ibarətdir ki, Rusiyanın qondarma DXR və LXR tanıması fonunda onun davamı da gələ bilər. Belə bir presedentin əsasını ilk olaraq Amerika Kosovanı tanımaqla qoyub. İndi təəssüf ki, Rusiya da həmin presedentdən öz maraqları üçün yararlanır. Kreml həmin separatçı rejimləri tanıdığını elan etməklə əslində tək Donetsk və Luqanskın hazırda qondarma qurumun əlində olan yerləri deyil, həmin iki bölgənin Ukraynanın tərkibində qalan digər ərazisini də bura qatıb. Rusiya Təhlükəsizlik Şurasının iclasında hər iki qondarma respublikadan danışarkən onun bütün əraziləri nəzərdə tutulurdu. Bu da onu göstərir ki, Moskva qondarma rejimlərin nəzarətində olan hazırkı ərazilərini tanımaqla kifayətlənməyəcək. Çalışacaq ki, Ukraynanın nəzarətində olan hissəni də ələ keçirsin”.
 
Ekspertin fikrincə, Rusiyanın bu hərəkətində başlıca məqsədi Mariopolu ələ keçirməkdir:
“Bunun üçün də qondarma rejimləri tanımaqla Kiyevin əsəblərilə oynayıb birinci olaraq onun hücum etməsinə nail olmaq istəyir. Rusiyanın bu addımda başlıca marağı Mariopolu da ələ keçirməkdir. Belədə, Azov dənizini bütünlüklə Ukraynanın nəzarətindən çıxarmaq niyyətindədirlər. Qondarma rejimlər Rusiya ilə müdafiə müqaviləsi bağlayıb. Bu isə onu deməyə əsas verir ki, Donetsk və Luqansk Moskvaya müraciət edəcək və rus ordusu sözügedən iki bölgənin bütün inzibati sərhədinə qədər irəliləyəcək. Bu müstəvidə çalışırlar ki, təxribat Kiyev tərəfindən gəlsin. Ukrayna hələ buna getmir. Amma qarşı tərəfin təxribatlarının qarşısını almaq üçün məcburdur, buna getməyə. Bu isə Kremlə imkan verəcək ki, həmin iki bölgənin bütün inzibati ərazisini işğal etsin. Kiyevə gəldikdə isə Moskva heç zaman ora hücum etməyəcək”.
 
Rüfət Sultan