Minlərlə əcnəbi könüllü Ukraynanı müdafiə etməyə hazırdı

Minlərlə əcnəbi könüllü Ukraynanı müdafiə etməyə hazırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna artıq Beynəlxalq Legiona qoşulmaq istəyən xarici vətəndaşların bir neçə min müraciətini qəbul edib. Bu barədə ölkənin müdafiə nazirinin müavini Anna Malyar Facebook-da bildirib.

Bundan əvvəl Ukrayna prezidenti Volodimir Zelenski yeni bölmənin – Ukraynanın Beynəlxalq Ərazi Müdafiəsi Legionunun yaradılmasını elan etmişdi. O bildirib ki, Legionun tərkibində ukraynalılarla birlikdə rus işğalçılarını dəf etməyə hazır olan əcnəbilər olacaq.