“Evinizin qonağı” proqramının növbəti iştirakçısı meyxanaçı Samirə Yusifqızı olub.
Aktyor və aparıcı Cövdət Şükürov verilişin çəkiliş heyəti ilə sənətçinin evində qonaq olublar.
Samirə Yusifqızı daim müzakirələrə səbəb olduğundan çəkilişi qiyməti 1 milyon AZN olan evində etdirmədiyini bildirib:”Bir milyonluq evim Buzovnada yerləşir. Ev deyil, əslində bağ evidir. Qiyməti 1 milyondan da çoxdur. Orada çəkilişlər olub. Gördüm, bu, insanlar tərəfindən yaxşı qarşılanmır. Yazırlar ki, “özünü göstərir”. Ona görə də fikirləşdim, çəkiliş bu evdə olsun”.









