“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi daha bir tenderi yekunlaşdırıb.
Tribuna.az xəbər verir ki, qurum dünən nəticələri açıqlayıb.
Məlumatda bildirilir ki, tender giriş-çıxışa nəzarət sisteminin (turniketlərin, məhəccərlərin və idarəetmə proqram təminatının) alınması və quraşdırılması ilə bağlı keçirilib. Qalib isə “ISOFT” MMC olub. Tərəflər işlərin görülməsi üçün 279 min 17 manatlıq satınalma müqaviləsi imzalayıblar.
Fərda Uğur









