İrəvan qarışdı: müxalifətlə hökumət “konstitusiya davası”na başlayıb

İrəvan qarışdı: müxalifətlə hökumət “konstitusiya davası”na başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən Ermənistanın yeni konstitusiyasının layihəsi açıqlanıb.

Tribuna.az xəbər verir ki, mövzu ətrafında gərgin müzakirələr başlayıb.

İrəvan hökuməti məsələni ölkənin müqəddəratı üçün vacib amil hesab edir. Onlar yeni konstitusiyanın qəbulunu Azərbaycanla sülh üçün əsas meyar olduğunu qeyd edirlər.

Lakin Ermənistan müxalifəti bunun tam əksinədir. Parlamentdə təmsil olunan “Güclü Ermənistan” Partiyası bəyan edib ki, yeni qanun layihəsinin keçəsinə imkan verməyəcəklər. Həmin partiyadan olan deputat Tiqran Abrahamyan iddia edib ki, bu, Azərbaycana güzəştə getməkdir. “Bakı ilə sülh müqaviləsi olmadan TRIPP-in işə salınması çoxdan gözlənilən sülh olmadan güzəştə getməklə eynidir”.

Daşnaksütun Partiyası da digər müxaliflər kimi, eyni mövqedədir. Partiyanın sədri İşxan Saqatelyan isə bəyan edib ki, o, Paşinyanla hər hansı sövdələşməyə getməyəcək.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyana yeni konstitusiya ilə bağlı referendumun keçirilməsi üçün daha 6 deputatın səsi lazımdır. Lakin 64 yerlə parlamentə təmsil olunan Mülki Müqavilə Partiyası həmin 6 səsi müxalifətdən qopara bilmir.

Güman edilir ki, Paşinyan istəyinə nail ola bilməsə, növbədənkənar seçkilərə getmək məcburiyyətində qalacaq.

Fərda Uğur