Dünən Bakıda baş verən ağır yol qəzasında həyatını itirən tanınmış aparıcı Ada Süleymanın yaxınları onunla bağlı duyğusal paylaşımlar etməyə davam edirlər.
Tribuna.az xəbər verir ki, aparıcının xalası qızı Ülviyyə Quliyeva sosial şəbəkə hesabında onunla bağlı video paylaşaraq kədərini ifadə edib.
O bildirib ki, həmin videonu Ada Süleymanın ad gününündə lentə alıblar. O, videonu Ada Süleymanı təbrik etmək məqsədilə paylaşmaq istəyib. Lakin baş verən faciə səbəbindən bu paylaşım vida mesajına çevrilib.
“Canım xalam qızı, Ada… Sən mənim ən yaxınlarımdan, hər zaman yanımda olan, dəstəyini hiss etdiyim insanlardan biri idin. Bu videonu sənin ad gününü təbrik etmək üçün paylaşmaq istəyirdim, amma təəssüf ki, bu gün sənin üçün vida paylaşımına çevrildi…
Hər zaman yaxşılığınla, gözəl qəlbinlə, təmiz niyyətinlə yadda qaldın. Elə o gözəl qəlbinlə də bu dünyadan köçdün…
Hələ də inana bilmirəm. Yoxluğunu qəbul etmək çox çətindir. Sən hər zaman xatirələrimizdə, dualarımızda və qəlbimizdə yaşayacaqsan. Allah sənə rəhmət eləsin, canım Ada”, – deyə o yazıb.
Gülşən Rəsul









