Məşhur fenomen bu reklama çəkilməkdən imtina etdi

Məşhur fenomen bu reklama çəkilməkdən imtina etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

TikTok-un ən məşhur fenomeni olan Khobi ona reklam təklifi edən bəzi şirkətlərdən imtina etdiyini açıqlayıb.

Tribuna.az xarici mediaya istinadən xəbər verir ki, Khobi hər reklama çəkilmədiyini, xüsusilə uşaqlar üçün zərərli ola biləcək içki, qida reklamlarından imtina edir:

“Bir şirkət məndən nəyisə reklam etməyi tələb edəndə dinimin qadağan etdiyi heç bir şeyi, məsələn, spirtli içkiləri təbliğ etmədiyimi bildirirəm.

Böyük şirkətlərdən çoxlu təkliflər alıram, amma əksəriyyətinə yox deyirəm. Çünki birincisi müsəlmanam, ikincisi də məni izləyən milyonlarla azyaşlı uşaq var.

Mən onlara mənfi təsir göstərmək və belə içkilərdən istifadə etmələrinə səbəb olmaq istəmirəm. Ona görə də mən həmişə heç kimə zərər verməyəcək şeyləri təbliğ etməyə çalışıram”.

Gülşən Rəsul