Meşədə yanmış meyiti tapılan Aqil Rəsulov vəzifəli şəxs imiş – FOTO

Meşədə yanmış meyiti tapılan Aqil Rəsulov vəzifəli şəxs imiş – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oğuzda meşədə yanmış meyiti tapılan Aqil Rəsulov vəzifəli şəxs imiş.

Tribuna.az  ölkə.az-a istinadla xəbər verir ki, o, Həbib Babayev adına şəhər 1 nömrəli tam orta məktəbin təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində çalışırmış.

Hadisənin təfərrüatları hələlik məlum deyil.

Qeyd edək ki, 1965-ci il təvəllüdlü A.Rəsulovun yanmış meyiti oktyabrın 31-də səhər saatlarında şəhərin meşəlik ərazisində tapılıb.

Faktla bağlı Oğuz Rayon Prokurorluğunda araşdırmalar aparılır.