Azərbaycan Memarlar İttifaqı tarixi binaların fasadını qorumağı tələb etsə də, qurumun özü yerləşdiyi binanın fasadına laqeyd yanaşır. Binadan bir neçə kondisionerin motoru, çanaq anter asılıb.
Tribuna.az-ın xəbərinə görə, bu barədə memar və arxitektor Dilqəm İsmayılov yazıb. O bildirib ki, tarixi binanı bu görkəmə salmaq yolverilməzdir:
“Azərbaycan Memarlar İttifaqı, özünüzün oturduğunuz tarixi binaya münasibətiniz bu cür olduğu halda, siz başqalarından tarixi binanın fasadını qorumağı necə tələb edə bilərsiniz?
Bina 1899 cu ildə Ağabala Quliyevin sifarişi ilə, memar Yevqeniy Skibinski tərəfindən layihələndirilib. Hazırda bina, Memarlar İttifaqının balansındadır. Memarlar İttifaqının özlərinin oturduğu tarixi binaya münasibətləri isə göz qabağındadır. Ümid edirəm ki, tezliklə binanın fasadında olan vizual kirliliyə özləri müdaxilə edəcək, və binanın tarixi görkəmini bərpa edəcəklər”.D.İsmayılov bildirib ki, binada mərkəzi istilik və soyutma sistemi quraşdırmaqla problemi aradan qaldırmaq olar.










