Medvedev: Rusiyanın bütün Avropa qurumlarından çıxarılması davam edəcək

Medvedev: Rusiyanın bütün Avropa qurumlarından çıxarılması davam edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İndi Rusiya faktiki olaraq bütün Avropa və dünya birliklərindən kənarlaşdırılmaqla hədələnir. Avropa Şurası və AŞPA Moskvanın üzvlüyünü dayandırıb, Rusiya Təhlükəsizlik Şurasının bütün üzvlərinə qarşı sanksiyalar tətbiq edib.
Qaynarinfo xəbər verir ki, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib. Onun sözlərinə görə, bu, “vəhşi ədalətsizlik” olsa da, panikaya səbəb yoxdur. Ona görə, “qapını çırpmaq” və bu “mənasız sədəqələri” unutmaq üçün kifayət qədər əsas var idi.
O, Rusiyanın İƏİT-dən çıxarılmasından da istehza ilə danışıb. Medvedev deyib ki, bundan sonra Rusiyanın bütün Avropa strukturlarından “siyahı” üzrə çıxarılması davam edəcək. O, gileylənib ki, onlara boş yerə çox vaxt sərf olunub.
Bundan əvvəl İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyanın öz sıralarına qəbulu prosesini rəsmən dayandırdığı bildirilib. Proses 2014-cü ildə dayandırılıb.