Bazar günü, fevralın 27-də Rusiya texniki kəşfiyyatının bir qrupu ələ keçirilib.
TİA.AZ bu haqda Unian-a istinadla xəbər verir.
“Hard disklər, noutbuklar, planşetlər, fotoaparat, yaddaş kartları, telefonlar – Mariupol şəhərində bu düşmənlərin aldıqları məlumatları saxlayan qurğular müsadirə edilib. Onların yerli əhalinin əhval-ruhiyyəsini izləmək, onları qızışdırmaq, rus işğalını təbliğ etmək kimi konkret vəzifəsi olub”, – Azov alayının rəsmi Telegram kanalında bildirilir.
Həbs edilmiş işğalçılar şəhər əhalisini mülki tikililərin üstünə işarələr qoymağa çağırıblar və bu evlərin sonda atəşə tutulacağını izah etməyiblər.
Azov alayı Ukrayna vətəndaşlarını şübhəli insanları yaxından izləməyə, təxribata getməməyə və qətllərdə iştirak etməməyə çağırıb: Hər hansı belə halda – hərbçilərə, hüquq-mühafizə orqanlarının əməkdaşlarına məlumat verin və ya imkan daxilində ictimai həbslər həyata keçirin.
Xatırladaq ki, ötən gecə düşmən Volnax istiqamətindən Mariupola soxulmağa cəhd edib.
“Azov alayının əsgərləri döyüşə atılaraq Kreml işğalçılarının qarşısını aldı. Azov qoşunları düşmən kolonnasını qismən dağıtdı, düşmənin qalıqları geri çəkildi. Əsgərlərimiz 6 əsir götürdülər. İşğalçılar bilməlidirlər ki, ukraynalılar öz savaşlarından əl çəkməyəcəklər. Ukrayna bayrağı Mariupol üzərində!” – Azov alayının yaradıcısı, “Milli Korpus” partiyasının lideri Andrey Biletski öz Telegram kanalında qeyd edib.









