Magistraturaya maraq sürətlə azalır – XƏBƏRDARLIQ

Magistraturaya maraq sürətlə azalır – XƏBƏRDARLIQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Magistratura imtahanı üçün qeydiyyatdan keçənlərin sayı 23000 ətrafındadır. Magistratura Plan yerləri isə 17688. Magistratura ixtisas seçiminə buraxılan və müsabiqə şərtlərini ödəmiş abituriyentlərin sayı isə 15700 ətrafındadır. Bu heç yaxşı göstərici deyil. Hər il 3000-5000 ətrafında plan yerləri boş qalır.


Tribuna.az xəbər verir ki, bu problemi təhsil eksperti Ramin Nurəliyev gündəmə gətirib. O bildirib ki,
magistraturaya gənclərin marağı aşağı səviyyədədir:

“Akademik karyeranı inkişaf etdirmək istəyənlər azalmaqdadır.

Magistratura imtahanı modeli gənclərin az iştirakını təmin edir. İxtisas fənni üzrə sualların olmaması ciddi problemdir.

Humanitar fənni bitirənlərin ümidsizliyi var.

Əmək bazarı magistratura dərəcəsinə vacib amil kimi baxmır, çox da önəm vermir. Xüsusi imtiyazlar verilmir”.

Ekspert bildirib ki, bəzi magistratura ixtisaslarında düzəlişlər edilməlidir:

“İşəgötürənlər magistr dərəcəsinə önəm verməlidir, əmək haqqı buna uyğun tənzimlənməlidir.

Magistratura alimlik dərəcəsinə gedən yolun başlanğıcıdır. Gənclərimiz bu sahədə maraqlı olmalıdır. Əks təqdirdə gələcəkdə universitetlərimizdə ixtisaslı mütəxəssislərin sayı azala bilər. Ölkəmiz günü gündən inkişaf edir, yeni ali təhsil müəssisələri açılır. Gələcəkdə bu sahəyə tələbat çoxalacaq. Gənclərimiz bunu mütləq diqqətə almalıdır”.

Gülşən Rəsul