Kriptovalyuta bazarında son sutka ərzində kəskin eniş müşahidə olunub.
Tribuna.az xəbər verir ki, “CoinMarketCap” platformasında “Bitcoin” son 24 saatda 1,84% ucuzlaşaraq 76862,52 ABŞ dollarına enib.
“Ethereum” 1,16% azalaraq 2 45,91 dollara, BNB 1,57% geriləyərək 711,89 dollara, “Monero” 2,65% ucuzlaşaraq 501,51 dollara düşüb. Daha sərt eniş “Zcash”da qeydə alınıb – kriptovalyuta 14,21% ucuzlaşaraq 1066,65 dollara enib. “Bittensor” 8,28%, “Bitcoin Cash” isə 9,34% dəyər itirib.
Qızıl əsaslı kriptovalyutalar da ucuzlaşıb. “PAX Gold” (PAXG) 2,18% azalaraq 4311,51 dollara, “Tether Gold” (XAUT) isə 2,26% geriləyərək 4305,09 dollara düşüb.
“CoinMarketCap 20” indeksi son 24 saatda 2,10% azalaraq 158,41 bənd təşkil edib. Kriptovalyuta bazarının ümumi kapitallaşması isə 1,85% azalaraq 2,62 trln. dollara enib.
Bazarda satışların güclənməsinə Yaxın Şərqdə gərginlik fonunda neftin bahalaşması, inflyasiya risklərinin artması və ABŞ istiqrazlarının gəlirliliyinin yüksəlməsi təsir göstərir. “Brent”in qiyməti 110 dollara yaxınlaşarkən ABŞ-ın 10 illik istiqrazlarının gəlirliliyi 5%-ə yaxınlaşıb. Bazarlar FED-in növbəti iclasında faiz dərəcəsini 25 baza bəndi artırması ehtimalını təxminən 70% qiymətləndirir.









