Keçmiş deputat bu akademiyadan 270 min manat alacaq

Keçmiş deputat bu akademiyadan 270 min manat alacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan İdman Akademiyası Odlar Yurdu Universitetindən yer icarəyə götürüb.
Tribuna.az xəbər verir ki, Ölkə.az-ın əldə etdiyi xəbərə görə, bununla bağlı iki təhsil müəssisəsi arasında icarə müqaviləsi imzalanıb.

Sənədə əsasən, akademiya hər il özəl universitetə 270 min manat ödəyəcək.

Qeyd edək ki, Odlar Yurdu Universiteti 1995-ci ildə fizika-riyaziyyat elmləri doktoru, professor Əhməd Vəliyev tərəfindən yaradılıb. Ali məktəbin rektoru vəzifəsini tutan Ə.Vəliyev III (2005–2010) və IV (2010–2015) çağırış Milli Məclisin deputatı olub. O, hazırda parlamentin deputatı olan Samir Vəliyevin atasıdır.

Azərbaycan İdman Akademiyası Gənclər və İdman Nazirliyinin tabeliyindədir.