“Hraparak”: “ABŞ Ermənistandakı torpaqları Azərbaycana satıb”

“Hraparak”: “ABŞ Ermənistandakı torpaqları Azərbaycana satıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda nəşr olunan “Hraparak” qəzeti TRİPP layihə üzrə aparılan danışıqlarda Ermənistanın iştirak etməməsini qəribə şəkildə izah edib.

Tribuna.az xəbər verir ki, nəşr ABŞ-Azərbaycan danışıqlarında yenə “təhlükəli məqam” tapıb.

“Hraparak” yazıb: “TRİPP layihə Ermənistan ərazisini əhatə edir. Burada məsul tərəf Ermənistandır. Bəs, niyə ABŞ və Azərbaycan TRIPP məsələsini Ermənistan olmadan müzakirə edirlər? Pərdəarxası siyasi fərziyyələrə görə, ABŞ saziş çərçivəsində öz payını üçüncü tərəfə, məsələn, Azərbaycana satmaq qərarına gəlib və bəlkə də ikitərəfli danışıqların səbəbi budur”.

Fərda Uğur