“Əkiz Qüllələr”in qurbanları üçün havaya 2977 dron buraxdılar – Video

“Əkiz Qüllələr”in qurbanları üçün havaya 2977 dron buraxdılar – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlum olduğu kimi, bu gün 2001-ci il sentyabrın 11-də ABŞ-də törədilən terror aktlarından 25 il ötür. 

Tribuna.az xəbər verir ki, Nyu-Yorkda həmin terror hadisələrinin qurbanlarının xatirəsi qeyri-adi formada anılıb.

Belə ki, Nyu-York körfəzi üzərində havaya qaldırılan 2977 dron Ümumdünya Ticarət Mərkəzinin 110 mərtəbəli “Əkiz Qüllələr”inin konturlarını canlandırıb.

Dronların sayı faciə qurbanlarının sayına uyğun seçilib.

Xatırladaq ki, 11 sentyabr 2001-ci ildə “Əl-Qaidə” terror qruplaşmasının üzvü olan 19 terrorçunun ələ keçirdiyi 4 sərnişin təyyarəsindən ikisi Nyu-Yorkdakı Ümumdünya Ticarət Mərkəzinin “Əkiz Qüllələr”inə, biri Pentaqona çırpılıb, dördüncü təyyarə isə Pensilvaniyada qəzaya uğrayıb. Hücumlar nəticəsində terrorçular istisna olmaqla, ümumilikdə 2977 nəfər həyatını itirib.