Papikyan sərhəddimizə tez-tez niyə gəlir?

Papikyan sərhəddimizə tez-tez niyə gəlir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər Ermənistanın müdafiə naziri Suren Papikyan intensiv şəkildə Azərbaycanla sərhəddə yerləşdirilmiş hərbi hissələrə baş çəkməyə başlayıb. Tribuna.az xəbər verir ki, dünən o, növbəti dəfə sərhəddimizdəki daha bir hərbi hissəyə baş çəkərək, orada hazırlıq səviyyəsi ilə tanış olub.
Rəsmi məlumata görə, Papikyan sərhəddəki erməni hərbçilərinin hazırlıq səviyyəsi ilə yanaşı, həm də yeni tikilmiş istehkamları da yoxlayıb.
Hərbi ekspertlər bildirirlər ki, Ermənistanın Azərbaycanla sərhəddə yeni istehkamlar, xüsusən də beton sədlərin inşası heç də xoş məramdan xəbər vermir. Onların sözlərinə görə, adətən belə addımlar müharibəyə hzırlaşan dövlətlər tərəfindən atılır. Çünki bu istehkamlar müdafiə üçün deyil, hücum və müharibə zamanı rəqibi sıradan çıxarmaq üçün istifadə olunur.
Ekspertlər qeyd edirlər ki, vaxtıyla Qarabağda olduğu kimi, sərhəddimizdə beton istehkamların inşası və Papikyanın mütəmadi olaraq bu ərazilərə səfər etməsi gələcək planların məhsuludur. Onlara görə, bu, Ermənistanın sülh danışıqlarından daha çox, müharibə üçün hazırlaşdığını nümayiş etdirir.

Fərda  Uğur