ABŞ-ın prezidenti Donald ABŞ prezidenti Donald Tramp İranla bağlı daha bir paylaşım edib. Tribuna.az xəbər verir ki, o, İran xalqı üçün azadlığın yaxın olduğunu bildirib.
Tramp bildirib ki, ABŞ bölgədə işlərini bitirəndən sonra xalq öz məsələsini həll etməlidir. “İranın böyük və qürurlu xalqı, azadlıq saatınız çox yaxındır. Biz işimizi bitirdikdən sonra suverenliyinizi və hakimiyyətinizi geri alın. Bu hakimiyyəti qovmaq sizin haqqınızdır”.
Bu əsnada məlum olub ki, Tramp İranla yenidən danışıqlara başlanılması ilə bağlı Pakistan və Qətərin təklifini rədd edib. “Middle East Eye” saytının yazdığına görə, Tramp Pakistan və Qətər vasitəsilə Tehrana əvvəlki razılaşmaya qayıtmayacağı barədə mesaj Göndərib
Fərda Uğur









