Bu həftə UEFA Çempionlar Liqasında Liqa mərhələsinin ilk turunun oyunlarında qeydə alınan nəticələrdən sonra ölkələrin UEFA reytinqi yenilənib.
Tribuna.az xəbər verir ki, Azərbaycan əmsallar cədvəlində xal ehtiyatını artıra bilməyib.
“Sabah” İngiltərədə “Mançester Yunayted”ə 0:4 hesabı ilə uduzu.b
Nəticədə cari mövsümdə qazanılan əmsal 5.125-də qalıb. Bunun 3.000 əmsalı “Sabah”ın, 1.250-i “Qarabağ”ın, 0.625-i “Zirə”nin, 0.250-si isə “Neftçi”nin payına düşür.
Hazırda ölkəmizin ümumi xal ehtiyatı 23.687-yə bərabərdir. Qitə sıralamasında 25-ci yerdə olan Azərbaycanın mövqeyi dünənki oyunlardan sonra dəyişməyib. Reytinq sıralamasındakı qonşularımız da xal ehtiyatını artıra bilməyib. Ən yaxın izləyicimiz Sloveniyanın 22.843 əmsalı var. Bir pillə öndə – 24-cü yerdə qərarlaşan İsrailin ümumi qazancı isə 23,875-ə bərabərdir.
55 ölkənin yer aldığı əmsallar cədvəlinə İngiltərə (103.130) başçılıq edir.









