900 nəfərdən cəmi ikisi xilas edildi – Video

900 nəfərdən cəmi ikisi xilas edildi – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nepalda su elektrik stansiyasının tunelində doqquz gün bağlı qalan iki nəfər xilas edilib.

Tribuna.az xəbər verir ki, Nepal ordusunun hərbçiləri sentyabrın 4-də tuneldə qalan şəxsləri çıxarmağa nail olublar. Ordunun yaydığı görüntülərdə sağ qalan şəxslərdən birinin tuneldən çıxarılması əks olunub.

Məlumata görə, avqustun 26-da baş verən güclü sel nəticəsində Trishuli çayı boyunca yerləşən altı su elektrik stansiyasına aid tunellərdə azı 900 nəfər yeraltında qalıb.

Bəzi tunellər buz, qaya parçaları və palçığın axması nəticəsində bağlanıb. Xilasetmə əməliyyatları günlərdir davam edir.

Gülşən Rəsul