Ananyan: “TRİPP-lə bağlı İrəvanı bir sıra təhlükələr gözləyir”

Ananyan: “TRİPP-lə bağlı İrəvanı bir sıra təhlükələr gözləyir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanın cənubunda son şərtləri ictimaiyyətdən gizli saxlanılan bir proses başlaya bilər. Lakin nəticələri onilliklər boyu ərazimizə, təhlükəsizliyimizə və suverenliyimizə təsir edəcək”

Tribuna.az xəbər verir ki, bunu erməni siyasətçi Davit Ananyan deyib.
Onun sözlərinə görə, dövlət sərhədinin müəyyənləşdirilməsi məntiqi Ermənistanın ümumi təhlükəsizlik gündəliyinə deyil, konkret infrastruktur layihəsinin qrafikinə tabe ola bilər.
Ananyan Ermənistan üçün mümkün təhlükələri də təsnifləşdirib. O qeyd edib ki, ən təhlükəli ssenari TRIPP-in sürətlə işə salınması üçün cənub strateji sektorunun ayrılmasıdır. “Bundan başqa, Ermənistan lazımi torpaqları milliləşdirir və ya özgəninkiləşdirir və onları uzunmüddətli istifadə üçün erməni-amerikan şirkətinə verir, Azərbaycan Naxçıvanla praktiki əlaqə əldə edir, Azərbaycan qüvvələrinin Ermənistanın digər ərazilərindən çıxarılması bu proseslə sinxronlaşdırılmır, əsas infrastruktur nəticəsini əldə edən Bakı, sülh müqaviləsinin imzalanması üçün Ermənistan Konstitusiyasına dəyişikliklər edilməsini tələb etməyə davam edir”.
Erməni siyasətçi yekunda qeyd edib ki, əvvəlcə xəritələr və öhdəliklər dərc olunmalıdır. “Daha sonra isə Ermənistanın ərazi bütövlüyü, Azərbaycan qoşunlarının çıxarılması və real qarşılıqlı əlaqə təmin edilməlidir. Yalnız bundan sonra yollar çəkilə bilər”

Fərda Uğur