Sakinlər: İcra başçısı bu sənədi necə verib? – VİDEO

Sakinlər: İcra başçısı bu sənədi necə verib? – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nizami rayonu, Qara Qarayev prospekti ilə Şirin Mirzəyev küçəsinin kəsişməsində yaşayış binasına bitişik formada inşa edilən obyekt narazılıq yaradır.

Tribuna.az-a bu barədə məlumat verən sakinlər bildirib ki, yaşayış binalarının altında əlavə artırmaların inşası qadağan olsa da, Nizami rayonunda buna məhəl qoyulmur.

Sakinlər bildirib ki, qanun tikilini qadağan etsə də, icra hakimiyyəti buna göz yumur. Sakinlər iddia edir ki, belə tikililər icra hakimiyyətinin razılığı əsasında həyata keçirildiyi üçün heç bir tədbir görülmür.

Tikili ilə bağlı sakinlər icra hakimiyyətinə müraciət də ediblər. Lakin sakinlərin müraciətinə heç bir cavab verilməyib.

Sakinlər sual edir – “Nizami icra başçısı bu tikilini necə sənədləşdirib?”.

Problemlə əlaqədar icra hakimiyyəti ilə əlaqə yaratmağa çalışsaq da, cəhdlərimiz baş tutmadı.

Qarşı tərəfi dinləməyə hazırıq.

Gülşən Rəsul