Model Rüstəm Cəbrayılov həyat yoldaşı Yuliya Kineberqi ad günü münasibətilə təbrik edib.
Tribuna.az xəbər verir ki, Rüstəm həyat yoldaşı ilə fotolarını sosial media hesabında paylaşaraq “Ad günün mübarək, həyatımın sevgisi” sözlərini yazıb.
Qeyd edək ki, Rüstəm Cəbrayılov ötən il rusiyalı aktrisa Yuliya Kineberqlə ailə qurub. Bu, modelin üçüncü nikahıdır.









