LERİKDƏ FİLM KİMİ HADİSƏ: TRAKTORLA QARI YARIB HAMİLƏ QADINI TƏXLİYƏ ETDİLƏR – FOTO

LERİKDƏ FİLM KİMİ HADİSƏ: TRAKTORLA QARI YARIB HAMİLƏ QADINI TƏXLİYƏ ETDİLƏR – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lerikin Loda kəndində film kimi hadisə yaşanıb. TİA. Az xəbər verir ki, yağan qar yolları bağladığı üçün hamilə qadının təxliyəsinə kənddə iki traktor və 40-dan çox sakin səfərbər olub. Onlar keçilməz 8 km yolları yararaq, qadını Lənkəran regional doğum şöbəsinə təxliyə edə biliblər. Bu haqda sosial mediada yazan Rüfət Əliyev əməyi olan hər kəsə təşəkkürünü çatdırıb: ” Addım -addım 50-60 dərəcə yüksəklikdə, 1,5 -2 m qarı yaran traktor sürücüləri Ələsgər Hüseynov və Bəylərə, burdan gecə ilə təhlükəli yol ilə xəstəxanaya çatdıran Rahid Cəbiyevə təşəkkür edirəm”.