Lənkəranın Hənifə Abdullayev küçəsinə yeni döşənən yol dağılıb. Tribuna.az bildirir ki, təzəlikcə asfaltlanmış yol əvvəlki vəziyyətinə qayıdıb. Sürücülərin sözlərinə görə, şəhərin əksər yolları bu küçə kimi çala-çuxur vəziyyətdədir. Hazırda yol tanklar keçmiş əraziyə oxşayır. Sürücülər xahiş edirlər ki, Lənkəranda yolların asfaltlanması üçün əsaslı təmir işlərinə başlanılsın.











