Lənkəranın mərkəzi Qala Xiyabanında avtobus dayanacağı satılıb. Dayanacağın yerində inşa edilən obyekt artıq icarəyə verilir.
Tribuna.az yazır ki, Həzi Aslanov parkının yaxınlığında olan dayanacağın 30 min manata satıldığı bildirilir. Həmin yeri ticarət obyektinə çeviriblər.
Son vaxtlar Lənkəranda satılmayan ərazilər qalmayıb.
Yerli icra hakimiyyətinin bu məsələ ilə bağlı mövqeyini dərc etməyə hazırıq.











