Laçındakı sərhəd-buraxılış məntəqəsindən yeni görüntülər (VİDEO)

Laçındakı sərhəd-buraxılış məntəqəsindən yeni görüntülər (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycanın Laçın yolunun Ermənistanla birləşən sıfır nöqtəsində qurduğu sərhəd-buraxılış məntəqəsindən yeni görüntülər paylaşılıb.

Tribuna.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə videogörüntülər yayılıb.

Qeyd edək ki, Azərbaycan Hökuməti Ermənistan tərəfinin Laçın-Xankəndi yolundan 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata zidd şəkildə sistemli və genişmiqyaslı qanunsuz məqsədlər üçün sui-istifadənin davam etdiyini və bundan qaynaqlanan təhlükəsizlik hədələrini nəzərə alaraq, Azərbaycan və Ermənistan arasında sərhəddə yolun başlanğıcında nəzarətin təmin edilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirib.
Bununla da, Laçın yolunda sərhəd-buraxılış məntəqəsi qurulub.
Həmin ərazinin mühafizəsi Dövlət Sərhəd Xidmətinə həvalə edilib.