İrandakı kürd silahlı dəstələri (onların arasında terror təşkilatı kimi tanınanlar da var) birləşmək qərarı veriblər.
Tribuna.az xəbər verir ki, iki ay öncə bir araya gələn təşkilatlar İran rejiminə qarşı birgə mübarizə barədə razılaşıblar.
Dünən isə onlara kürdlərə məxsus PJAK, Komala, PAK, PDKI və Xabat da qoşulub. Və tərəflər “İran Kürdüstanı Siyasi Qüvvələrinin Alyansı” adlı bir ittifaq yaradıblar.
Fərda Uğur









