“Azərbaycanın Ukraynaya humanitar yardım göstərməsini təqdir edirəm. Çünki Rusiya sabah bu təcavüzü Azərbaycana da edə bilər. O baxımdan Rusiyanın qurbanına çevrilmiş ölkələrə yardım etməliyik. Amma burada təhlükələr də var”. Bu sözləri TİA.Az-a açıqlamasında AĞ Partiyanın başqanı Tural Abbaslı Azərbaycanın Ukraynaya etdiyi 5 milyon avroluq humanitar və tibbi dəstəklə bağlı münasibət bildirərkən söyləyib.
Partiya başqanının sözlərinə görə, Rusiyanı qəzəbləndirmək riski də var: “Ancaq hər halda Moskva başa düşəcək ki, nə qədər qonşuları ilə normal münasibət qurmur, digər qonşuları da bundan ehtiyat edəcək. Eyni zamanda, Kreml anlayır ki, Ukrayna kimi Azərbaycanda da separatizm problemi mövcuddur. Ona görə Rusiyanın nə düşünməsindən asılı olmayaraq, hüdudları aşmamaq, Kremlin aqressiyasını tətikləməmək şərti ilə Ukraynaya dəstək verməliyik”.
TİA.Az









